Tanınmış vəkildən ŞOK AÇIQLAMA: "Siqaret çəkən qadın iyrənc məxluqdur..."

Tanınmış vəkildən ŞOK AÇIQLAMA:

"Başqasının yanında siqaret çəkmək tərbiyyəsizlikdir”.


 
Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov ictimai yerdə, ofislərdə siqaret çəkənlərlə bağlı cəza tədbirlərindən danışarkən deyib. 


Vəkilin sözlərinə görə, ictimai yerdə siqaret çəkmək insanları bilərəkdən zəhərləməkdir:

 

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun var, 2017-ci ilin dekabr ayında qəbul edilib. Həmin qanunun 10-cu maddəsində tütün məmulatlarının, tüstüsünün çəkilməsinin qadağan edildiyi yerlərin siyahısı var və İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi ilə tənzimlənir. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanununda bu məhdudiyyətlər olan yerlərə dair cərimə 30 manat nəzərdə tutulur. Həmin məcəllədə başqa maddələr də var. Hava gəmisi, dəniz və dəmir yol nəqliyyatında cərimə 30 manatdan çoxdur. Praktikada bilmirəm buna görə kimisə cəzalandırıblar ya yox”. 
 


Əkrəm Həsənov hesab edir ki, bu inzibati məsuliyyət  və tənbehdir:


 
"Hesab edirəm ki, buna görə 30 manat cəza azdır. Az olduğuna görə dəhər yerdə siqaret çəkirlər. Taksidə, maşınlarda, ofislərdə, iş otaqlarında, yolda və s. Kim harda istədi orada siqaret çəkir. Bilmir ki, yanında qadın var, ya yox”. 

 

Əkrəm Həsənov təklif edib ki, ictimai yerdə siqaret çəkənlərin cəzası artırılmalıdır:


 
"Bu cərimə 30 manat deyil, 300 manat olmalıdır, küçədə isə siqaret çəkənlər 50 deyil, 500 manat çərimə olunmalıdır. Küçədə hara baxsan siqaret kötüyüdür”. 

 

Əkrəm Həsənov qeyd edib ki, bu məsələ orta məktəbdən təbliğ olunmalıdır:

 

"Bununla bağlı təbliğat yoxdur. Xüsusən də qadınlar dəhşətdir. Ümumiyyətlə, kişilər bir yana, siqaret çəkən qadın görəndə təcüblənirəm. Siqaret çəkən qadını necə sevmək olar? O nə qədər gözəl və ağıllı olsa da, mənim üçün iyrənc məxluqdur”. 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...