Ən çox iş yeri dövlət sektorundadır
2023-cü il martın 1-nə olan məlumata əsasən, Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 min nəfər və ya 2 faiz artaraq 1 milyon 715,8 min nəfər olub. Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, işçilərin 901 mini, yəni 52,5 faizi dövlət sektorunda, 814,8 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərən müəssisələrdə çalışır. 2023-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı