Ermənilər işgəncə verdikləri əsir əsgərimizlə bağlı: "Dostum gəldi, onu tutduq..."

Ermənilər işgəncə verdikləri əsir əsgərimizlə bağlı:

Zəngəzurun Açanan kəndində saxlanılan və işgəncələrə məruz qalan Azərbaycan əsgərinin 3 kənd sakini tərəfindən tutulduğu bildirilib.

 

Sfera.az globalinfo.az-a istinadən xəbər verir ki, Qor Ohancanyan adlı şəxs əsgəri necə tapmaları və polisə təhvil vermələrindən danışıb.

 

"Dostumla kənddən çıxıb, Qafana gedirdik. Yolda onu Azərbaycan hərbi formasında gördük. Yaxınlaşıb suallar verdik və azərbaycanlı olduğunu başa düşdük. Sonra digər dostum gəldi, onu tutduq. Hadisə yerinə polislər gəldi", - o bildirib.

 

Ohancanyan iddia edib ki, guya azərbaycanlı əsgər tapılanda üzərində güllələr, maskalar, sursat, əlində isə ötən gün öldürülən mühafizəçiyə məxsus telefon olub.

 

Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı.

 

Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb. Bu gün tapılan əsgərə ağır işgəncələr verilib.

 

Baş Prokurorluq Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işinin başladıldığını bildirib.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...