Logo

“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq: "Onun ailəsini tanıdığıma görə..."

“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq: "Onun ailəsini tanıdığıma görə..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tikinti maqnatı, "Şərur İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun sahibi olduğu "Şərur” MTK-ya qarşı dələduzluq edən Rəşad Həsənovun məhkəməsi başlayır.

Sfera.az xəbər verir ki, Rəşad Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirləndirilir.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.

İsfəndiya Axundov olayın təfərrüatlarını Qaynarinfo-ya açıqlayıb. Məlum olub ki, Rəşad Həsənov "Şərur” MTK-da komendant işləyib. O, təkcə İsfəndiyar Axundova deyil, 20-dən çox adama qarşı dələduzluq əməli törədib.

"Şərur” MTK-nın adından istifadə edərək 20-dən çox adamı aldadıb. Təkcə mənə qarşı 1 milyon manata yaxın dələduzluq edib”, deyə tikinti maqnatı bildirib.

İsfəndiyar Axundovun sözlərinə görə, Rəşad Həsənov tanıdığı şəxs olub: "Ailəsini də tanıyırdım. Ona görə işə götürmüşdüm. Amma dələduzluq etdi. Şirkətimizdə komendat işləməklə bərabər, həm də mebel müəssisəsinin rəhbəri idi. Onun ailəsini tanıdığıma görə etibar etmişdim. Amma etibarımdan su-istifadə edərək camaatı aldatdı”.

İsfəndiyar Axundov Rəşad Həsənovun 20-dən çox adama qarşı dələduzluq etdiyini bildirsə də, iş üzrə zərərçəkmiş kimi onun özü və "Şərur” MTK tanınıb. ("Qaynarinfo")

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR