"Balamı mənə qaytarın" - Ermənistanda saxlanılan Hüseynin anası

“Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izlədim. Hələ də şokdayam. Bu, nə oyundur bizim başımıza gəldi”.

 

Sfera.az xəbər verir ki, bunu Modern.az-a Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.

 

O, oğlunun günahsız olduğunu deyib: “Mən bundan əvvəl Qırmızı Xaç Komitəsinə, Müdafiə Nazirliyinə müraciət etmişdim. Həyat yoldaşım neçə gündür Naxçıvandadır. BQXK məni sorğu-sual elədi, dedilər ki, övladınızın məsələsi araşdırılacaq və Azərbaycana gətiriləcək”.

 

Şəlalə Axundovanın sözlərinə görə, övladı əsgərlikdən sonra hərbidə qalmağa hazırlaşırdı: 

 

“Biz Mehdiabadda yaşayırıq. İki qızım, bir oğlum var. Hüseyn 9 yaşından əsgər gedən günə qədər fəhləlik edib, daş daşıyıb, ailəsinə baxıb. Xəstəliyimə görə mən işləyə bilmirdim. Çox yaxşı oğuldur. Əsgərlikdən gəlməyinə 5 ay qalmışdı. Onunla sonuncu dəfə aprelin 4-də danışmışdıq. MAXE olacağını deyirdi. Əsgərlik vaxtı heç nədən şikayəti yox idi, hər şeyin qaydasında olduğunu deyirdi. Xahiş edirəm, balamı mənə qaytarın”.

 

Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib.

 

Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...