Azərbaycandakı ali təhsilli insanların sayı - AÇIQLANDI
Şəhərlərdə ali təhsilli əhalinin payı kəndlərdən təxminən iki dəfə çoxdur. Sfera.az xəbər verir ki, Azərbaycanda şəhər və kənd əhalisinin təhsil səviyyəsi arasında nəzərəçarpacaq fərqlər mövcuddur. Rəsmi statistikaya əsasən, ölkə üzrə əhalinin 23,2 faizi ali təhsillidir. Məlumata görə, şəhər əhalisinin 29,5 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 15,8 faiz təşkil edir. Orta ixtisas və texniki-peşə təhsilli əhalinin payı şəhərlərdə 24,9 faiz, kəndlərdə isə 19,0 faizdir.