Pekində tarixi zəfər: Azərbaycanlı məzun dünya ikincisi oldu

Pekində tarixi zəfər: Azərbaycanlı məzun dünya ikincisi oldu
Kateqoriya məlum deyil
T

Çinin Pekin şəhərində keçirilən və robototexnika sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri sayılan "RobotChallenge 2026" beynəlxalq çempionatında ölkəmiz növbəti tarixi uğuruna imza atıb.

Sfera.az xəbər verir ki, dünyanın 80-dən çox ölkəsindən minlərlə istedadlı gəncin və komandalarının qatıldığı bu mötəbər yarışda Azərbaycanı layiqincə təmsil edən Ayxan Xəlilov gümüş medal qazanaraq dünya 2-cisi olub.

283 nömrəli məktəbin məzunu olan Ayxan Xəlilov dünyanın aparıcı ölkələrindən gələn ən güclü rəqiblərini geridə qoyaraq fəxri kürsüyə qalxması onun mühəndislik, proqramlaşdırma və innovativ düşüncə sahəsindəki üstün bacarığının göstəricisidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR