9 illik baza üzrə kolleclərə qəbulun nəticələri bu tarixdə açıqlanacaq

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə - kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
İxtisas seçimi avqustun 9-da saat 23:59-da yekunlaşıb. İndi minlərlə abituriyenti maraqlandıran əsas sual kolleclərə qəbulun nəticələrinin nə vaxt açıqlanacağıdır.
Sfera.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, ixtisas seçiminin nəticələri üç gün ərzində elan olunur.
Bu isə o deməkdir ki, 9 illik baza üzrə kolleclərə qəbulun nəticələrinin 14 avqusta qədər açıqlanması gözlənilir. Abituriyentlər nəticələrini DİM-in elektron xidmətləri vasitəsilə öyrənə biləcəklər.
Nəticələrin elan olunmasından sonra qəbul olan şəxslərin qarşısında növbəti mərhələ olan müvafiq kolleclərə qeydiyyatdan keçmək dayanacaq. Qeydiyyatla bağlı tarixlər və tələb olunan sənədlər nəticələr açıqlanarkən DİM tərəfindən əlavə məlumatla təqdim ediləcək.
Firuzə Əliyeva
Sfera.az






