qəza
Bakıda ağır qəza - Ölən və yaralanan var
Bakının Xətai rayonu ərazisində yol nəqliyyatı hadisəsi zamanı sürücü ölüb. Sfera.az xəbər verir ki, qəza NZS qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Allahverdiyeva Səma sevgilisinin avtomobilinə sərnişin qismində əyləşib. İdarəetmədən çıxan maşın yük avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü ölüb. S.Allahverdiyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib./teleqraf
Hadisə10.11.2026 19:35
Göyçayda baş verən qəzanın VİDEOSU
Xəbər verdiyimiz kimi, Göyçayda yol qəzası olub. Sfera.az bildirir ki, hadisə səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi elektrik dirəyinə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, elektrik dirəyinin zədələnməsi səbəbindən 10-a yaxın kəndin elektrik enerjisi təchizatı dayanıb. Bir müddət sonra isə kəsilən elektrik enerjisinin verilişi bərpa olunub. Hadisənin videosunu
Hadisə04.11.2026 20:24
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Sfera.az xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunun Güləbird kəndindəndir. Məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar. Qəzaya uğrayan "Lada Priora" markalı avtomobildə olan dörd nəfər Zaqatala rayonundan qayıdırmış. Onlar Şəki rayonunun İnçə kəndi
Hadisə03.11.2026 22:56
Goranboyda ölümlə nəticələnən qəza baş verdi
Goranboyda ölümlə nəticələnən qəza baş verib. Sfera.az xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb. “NİVA” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək maşını dərəyə aşırdıb. Qəza nəticəsində 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva vəfat edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma başlanılıb./teleqraf
Cəmiyyət03.11.2026 22:12
ABŞ-də təyyarə qəzası: 9 nəfər öldü
ABŞ-nin Florida ştatında baş verən ağır aviasiya qəzası nəticəsində "Learjet 60" tipli özəl təyyarədə olan 9 sərnişinin hamısı həyatını itirib. Qəza zamanı ərazidə genişmiqyaslı yanğın baş verib, yüzlərlə sakin təxliyə olunub. Sfera.az xəbər verir ki, Texas ştatının Ostin şəhərindən Baham adalarına uçan “Learjet 60” tipli özəl təyyarə yerli vaxtla saat 12:50 radələrində Cresthaven yaşayış ərazisinə yaxınlıqda yerə çırpılıb və alovlanıb. ABŞ-nin nəqliyyat naziri Şon Daffi təyyarədə olan 9
Dünya02.11.2026 11:21
İspaniyada dəhşətli qəza aksiyalara səbəb oldu - FOTO
İspaniyada azı 68 nəfərin həyatını itirdiyi sürət qatarı qəzasından sonra ölkədə üç günlük matəm elan edilib. Hadisədən sonra paytaxt Madriddə keçirilən etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib. Sfera.az xəbər verir ki, qəza oktyabrın 28-də Madrid-Sevilya sürətli dəmir yolu xəttinin Toledo ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata əsasən, qəzaya uğrayan qatarlardan birində 146, digərində isə 397 sərnişin olub. Toqquşma nəticəsində bir neçə vaqon relsdən
Dünya29.10.2026 14:13
Ağır qəza oldu, ölən və xəsarət alan var
Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az bildirir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan “KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü; 1967-ci il təvəllüdlü B. Nuruyev hadisə yerində ölüb, onun həyat yoldaşı Ə. Nuruyeva isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır./apa
Hadisə28.10.2026 23:54
Zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az bildirir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermiş qəza nəticəsində 2022-ci il təvəllüdlü S. Quliyev həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma
Hadisə20.10.2026 22:02
77AA788 nömrəli "Mercedes" qəza şəraiti yaratdı
Ajans.az -ın rəhbəri Tural Müseyibov Bakıda yol hərəkəti zamanı təhlükəli vəziyyətlə üzləşdiyini bildirib. Sfera.az xəbər verir ki, o, Hüseyn Cavid parkı yaxınlığından Ekologiya və Təbii Sərvətlər Nazirliyi istiqamətində hərəkət edərkən, sağdan gələn avtomobillərin ona yol vermədiyini deyib. Onun sözlərinə görə, bu səbəbdən həmin avtomobillərin arxasından keçməli olub. Bu zaman 77-AA-788 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin qəfil qarşısına çıxdığını bildirən jurnalist
Hadisə01.10.2026 19:34
Hacıqabulda ağır qəza oldu - Yaralılar var
Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb. Minik maşınlarının toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./apa
Hadisə01.10.2026 19:19
Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var – FOTOLAR
Kəngərlidə ağır yol qəzası olub. Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan -Sədərək magistralının Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindən keçən hissəsində baş verib. 75-BX-715 dövlət nömrə nişanlı “Xəzər” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar – 2010-cu il təvəllüdlü H.Ələsgərli, 1998-ci il təvəllüdlü X.Rəsulov, 2009-cu il təvəllüdlü N.Əliyev, 2002-ci il təvəllüdlü V.Xəlilzadə və 2007-ci il təvəllüdlü Q.Tahirov Naxçıvan
Hadisə30.09.2026 20:00
Bu ərazidə su olmayacaq
Suraxanı rayonunun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində su təminatında fasilə yaranacaq. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Sfera.az- a bildirilib ki, qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Suyun verilişində yaranmış fasilənin təmir işləri başa çatdıqdan sonra aradan qaldırılması nəzərdə tutulur.
Cəmiyyət28.09.2026 20:27
Kəngərlidə ağır qəza: ölən var
Kəngərlidə avtomobil qəzası olub. Sfera.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Logan” markalı avtomobil yoldan çıxarıb aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Hadisə26.09.2026 22:13
Sumqayıtda ağır qəza olub, ölən var
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, "Chevrolet Malibu" markalı avtomobil yolu keçən piyadanı vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır./report
Hadisə21.09.2026 23:33
Qaxda AĞIR QƏZA: ölən və yaralananlar var - YENİLƏNİB
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib. Sfera.az -ın məlumatına görə, qəza zamanı xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib./lent *** Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az -ın məlumatına görə, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və
Hadisə19.09.2026 19:09
Bakıda sürücü faciəyə səbəb olacaqdı - VİDEO
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyada keçidlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sürücülərə müraciət edib. Sfera.az xəbər verir ki, NİİM-dən bildirilib ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən yol nişanlarına diqqət yetirməli, sürəti əvvəlcədən azaltmalı və qəfil əyləcləmədən çəkinməlidirlər. Bununla yanaşı, avtomobillər arasında təhlükəsiz məsafənin saxlanılmasının da vacib olduğu vurğulanıb. Mərkəz qeyd edib ki, yol hərəkəti qaydalarına laqeyd yanaşılması
Hadisə10.09.2026 15:51
Bakıda yolu keçən qadını maşın vurub öldürdü – Fotolar
Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki, Mərdəkan dairəsindən Buzovna qəsəbəsinə gedən yolda — Şağan qəsəbəsi ərazisində minik avtomobili yolu keçən qadını vurub. Nəticədə piyada həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Hadisə03.09.2026 20:05
Kürdəmirdə "ölüm döngəsi": Qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO
Kürdəmirdə işıqlandırılmayan yolda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Pirli kəndi ərazisində qeydə alınıb. Sakinlərin Baku TV-yə dediklərinə görə, ərazidə yolun işıqlandırılmaması, eləcə də sərt döngələrdə yol nişanlarının olmaması sürücülər üçün ciddi təhlükə yaradır. "Qaranlıqdır, görünmür. Mal-qara yola çıxır. Sərt döngədir, işıqsızdır. Sürücü də gəlir, görmür, düşür", - sakinlərdən biri deyib. Digər sakin isə bildirib ki, ərazidə əvvəllər də bir neçə qəza baş verib: "Kənd
Cəmiyyət30.08.2026 23:30
İsmayıllı-Qəbələ yolunda it qəza yaratdı: "Mercedes" ağaca çırpıldı
İsmayıllı-Qəbələ yolunda yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına qəfil it çıxıb. Sürücü heyvanı vurmamaq üçün istiqaməti dəyişib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü xəsarət almayıb. Hadisəyə səbəb olan it də sağ qalıb. Toqquşma nəticəsində avtomobilə ciddi ziyan dəyib. Firuzə Əliyeva Sfera.az
Hadisə30.08.2026 08:47
Ağır qəza: Avtomobil kanala düşdü
Cəlilabadda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, qəza yeni Ələt-Astara magistralının Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, toqquşma nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Zərbənin təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb, daha sonra isə kanala düşüb. Faktla bağlı araşdırma
Maqazin29.08.2026 11:57
Abşeronda qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video
Bu gün Abşeron Gənclər Şəhərciyinin həyətində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, “Chevrolet Cruze” markalı avtomobil orta yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu
Hadisə28.08.2026 19:15
Göygöldə yük avtomobili piyadanı vuraraq öldürdü
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az -ın xəbərinə görə, hadisə ötən gün rayonun Qızılca kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Rəhman Fərman oğlu idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini Qızılca kəndi ərazisində arxaya doğru hərəkət etdirərkən yol kənarında dayanmış piyada 1963-cü il təvəllüdlü Məmmədov İman Əli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerinə ölüb. Faktla bağlı Göygöl RPŞ-də CM-in 263.2-ci
Hadisə25.08.2026 09:23
Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu
Gədəbəydə sürücünün idarəetməni itirməsi ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnib. Sfera.az -ın məlumatına görə hadisə Şəmkir-Daşkəsən yolunda baş verib. 2003-cü il təvəllüdlü İ.Məmmədov, özünə məxsus "NİVA" markalı minik avtomobillə hərəkətdə olarkən maşın qəfil idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı 23 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə
Hadisə23.08.2026 10:04
Azərbaycanda ağır qəza: ölən və yaralı var
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır. Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
Hadisə18.08.2026 20:01
























