Logo

ABŞ-də təyyarə qəzası: 9 nəfər öldü

ABŞ-də təyyarə qəzası: 9 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Florida ştatında baş verən ağır aviasiya qəzası nəticəsində "Learjet 60" tipli özəl təyyarədə olan 9 sərnişinin hamısı həyatını itirib. Qəza zamanı ərazidə genişmiqyaslı yanğın baş verib, yüzlərlə sakin təxliyə olunub.

Sfera.az xəbər verir ki, Texas ştatının Ostin şəhərindən Baham adalarına uçan “Learjet 60” tipli özəl təyyarə yerli vaxtla saat 12:50 radələrində Cresthaven yaşayış ərazisinə yaxınlıqda yerə çırpılıb və alovlanıb.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi təyyarədə olan 9 nəfərin hamısının həlak olduğunu təsdiqləyib.

Hava hərəkətini idarəetmə mərkəzinin qeydlərinə əsasən, pilot qəza öncəsi təyyarədə buzlanma olduğunu bildirib. Daha yüksək hündürlüyə qalxmaq üçün icazə istəyən pilot qısa müddət sonra təyyarənin sürətlə hündürlük itirdiyini bildirərək fövqəladə vəziyyət elan edib. Pilotun son radio danışıqlarında təyyarənin dəqiqədə 8 min, daha sonra isə 10 min fut sürətlə alçaldığı eşidilib.

Zərbənin təsirindən ərazidə böyük çuxur yaranıb, təyyarənin qalıqları geniş sahəyə səpələnib, yanğınlar baş verib və elektrik xətləri zədələnib.

İradə Elsevər

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR