Abşeronda qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video

Abşeronda qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video
Kateqoriya məlum deyil
T

Bu gün Abşeron Gənclər Şəhərciyinin həyətində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, “Chevrolet Cruze” markalı avtomobil orta yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır./qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR