Azərbaycanda ağır qəza: ölən və yaralı var

Azərbaycanda ağır qəza: ölən və yaralı var
Kateqoriya məlum deyil
T

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.

Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR