Logo

Zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az bildirir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb.

Baş vermiş qəza nəticəsində 2022-ci il təvəllüdlü S. Quliyev həyatını itirib, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR