Qaxda AĞIR QƏZA: ölən və yaralananlar var - YENİLƏNİB
Kateqoriya məlum deyil
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib.
Sfera.az-ın məlumatına görə, qəza zamanı xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib./lent
***
Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./modern
Açar sözlər:






