Gədəbəydə ağır QƏZA - Sürücü xəstəxanalıq oldu

Kateqoriya məlum deyil
T
Gədəbəydə sürücünün idarəetməni itirməsi ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnib.
Sfera.az-ın məlumatına görə hadisə Şəmkir-Daşkəsən yolunda baş verib.
2003-cü il təvəllüdlü İ.Məmmədov, özünə məxsus "NİVA" markalı minik avtomobillə hərəkətdə olarkən maşın qəfil idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Qəza zamanı 23 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.






