Goranboyda ölümlə nəticələnən qəza baş verdi
Kateqoriya məlum deyil
Goranboyda ölümlə nəticələnən qəza baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.
“NİVA” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək maşını dərəyə aşırdıb.
Qəza nəticəsində 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva vəfat edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma başlanılıb./teleqraf






