ailə
Lənkəranda zəhərlənmiş 9 nəfərlik ailə xəstəxanadan imtina etdi - SƏBƏB
Lənkəranda qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən 9 nəfərlik ailənin tibbi yardımdan imtina edib. Sfera.az xəbər verir ki, onların xəstəxananı tərk etməsinin səbəbi məlum olub. Məlumata görə, 38 yaşlı Sadiq Niftullayev, həyat yoldaşı, 31 yaşlı Camalə Niftullayeva, eləcə də övladları – 13, 11, 9, 7, 5, 3 və 1 yaşlı 7 uşaq bu gün səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimlər ailəyə zəruri ilkin tibbi yardım göstərmək istəsələr də, ailə bundan
Cəmiyyət12.11.2026 19:46
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Sfera.az xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunun Güləbird kəndindəndir. Məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar. Qəzaya uğrayan "Lada Priora" markalı avtomobildə olan dörd nəfər Zaqatala rayonundan qayıdırmış. Onlar Şəki rayonunun İnçə kəndi
Hadisə03.11.2026 22:56
15 noyabra qədər diqqətli olun!
Astroloqlar 18-25 oktyabr həftəsi üçün bürc proqnozlarında Merkurinin Əqrəb bürcündə başlayacaq retro hərəkətinə diqqət çəkirlər. Noyabrın 15-dək davam edəcək bu dövrdə maliyyə, münasibətlər, iş həyatı və ailə məsələləri yenidən gündəmə gələ bilər. Bəs Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürclərini bu həftə nələr gözləyir? Sfera.az xəbər verir ki, astroloqun şərhinə görə, Merkurinin Əqrəb bürcündə başlayacaq retro hərəkəti noyabrın 15-dək davam
Maraqlı20.10.2026 19:39
Ailə dəyərləri ilə bağlı QANUN: Psixoloqdan AÇIQLAMA
Deputat Ceyhun Məmmədov ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun qəbul edilməsini təklif edib. Deputat bildirib ki, bu gün Azərbaycan ailə dəyərləri çox ciddi təhdid və təhlükələrlə üz-üzədir. Bəs Azərbaycanda ailə dəyərlərinə təhlükə yaradan əsas amillər hansılardır? Ümumiyyətlə, ailə dəyərləri həqiqətən əvvəlkindən daha çox təhlükə altındadır, yoxsa sadəcə ailə modeli dəyişir? Bu haqda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Sfera.az -a açıqlama
Cəmiyyət03.10.2026 10:52
"Ailə dəyərləri ilə bağlı qanun olmalıdır” - Millət vəkili
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun qəbul edilməsini təklif edib. Sfera.az xəbər verir ki, deputat Azərbaycanda ailə dəyərlərinin ciddi təhdidlərlə üz-üzə olduğunu və bu istiqamətdə müəyyən tənəzzülün müşahidə edildiyini bildirib. “Bu gün Azərbaycan ailə dəyərləri çox ciddi təhdid və təhlükələrlə üz-üzədir. Artıq ailə dəyərlərində müəyyən tənəzzülün baş verdiyi müşahidə olunur. Bu baxımdan proseslərin
Cəmiyyət30.09.2026 12:15
"Dövlət ailəyə “övlad sahibi olun” deməməlidir" - Deputat
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev gənc ailələrə dövlət dəstəyinin artırılması və ailə, valideynlik və uşaqların hüquqları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib. Sfera.az xəbər verir ki, deputat “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” qanun layihəsinin parlamentin payız sessiyasının iş planına daxil edilməsini istəyib. “Gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil, ən azı 18-20 il davam edən böyük
Cəmiyyət30.09.2026 11:51
Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?
Azərbaycanda nikahların sayı sürətlə azalır. 2026-cı ilin yanvar-iyul aylarında 22 130 nikah qeydə alınıb ki, bu da 2025-ci ilin eyni dövründəki 27 509 nikahdan 5 379 azdır. Yəni 19 faizlik azalma var. Sosioloq Nail Cəlil Sfera.az -a açıqlamasında bildirib ki, nikahların sayının azalması son illərdə ailə münasibətlərində böhran tendensiyasının formalaşdığını göstərir. Onun sözlərinə görə, 2026-cı ilin yanvar-iyul aylarında nikahların sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 379 azalması
Cəmiyyət18.09.2026 14:07
Repetitorsuz hazırlıq qeyri-mümkündür? - "İmtahanlar ağırdır"
Yeni tədris ilinin başlaması ilə məktəblə yanaşı, repetitor xidmətlərinə tələbat da artır. Xüsusilə 9 və 11-ci sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarına hazırlığı ailələr üçün əlavə vəsait tələb edir. Fənlərin sayından və müəllimlərin təyin etdiy hazırlıq qiymətlərindən asılı olaraq aylıq repetitor xərcləri ciddi məbləğə çata, bir şagirdin hazırlığı isə ailə büdcəsində əhəmiyyətli maliyyə yükü yarada bilər. Təhsil eksperti Məzahir Məmmədli Sfera.az -a açıqlamasında bildirib ki,
Media14.09.2026 12:44
Gənclər arasında yaddaş pozuntusu artır: Səbəb nədir?
Texnologiyanın sürətli inkişafı həyatı asanlaşdırsa da həddindən artıq rəqəmsal istifadə unudkanlıq və diqqətsizliyi tətikləyir. Mütəxəssislər gənclər arasında sürətlə yayılan "rəqəmsal demensiya" təhlükəsinə qarşı xəbərdarlıq edirlər. Sfera.az xəbər verir ki, son dövrlərdə yaddaş zəifliyi şikayətlərinin təkcə yaşlılarda deyil, gənclərdə də artdığını bildirən neyrologiya mütəxəssisi dr. Büşra Ər gənclərdə müşahidə olunan unudkanlığın səbəbləri, riskləri və qorunma yollarını açıqlayıb. "Əvvəllər
Media09.09.2026 22:13
Gec evlənənlərin nəzərinə: Bu yaşdan sonra…
ABŞ-də aparılan genişmiqyaslı sosial-statistik tədqiqat nikah yaşı ilə boşanma riski arasındakı əlaqənin "U şəkilli" əyri üzrə dəyişdiyini ortaya qoyub. "Qoldiloks nəzəriyyəsi" (Goldilocks) adlı təhlilə görə, boşanma riskinin ən aşağı olduğu ideal yaş həddi 28–32 arası müəyyən edilib. Sfera.az xəbər verir ki, cəmiyyətdə uzun illər qəbul edilən "Nikah yaşı nə qədər gecikərsə, boşanma riski bir o qədər azalar" yanaşması yerini yeni faktlara verib. ABŞ Milli Ailə Artımı Sorğusunun (NSFG)
Media07.09.2026 21:52
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Avqustun 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, gün ərzində ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan isə 6 cinayətin açılması təmin edilib. Axtarışda olan ümumilikdə 128 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə
Kriminal19.08.2026 20:49
Süni intellektlə hazırlanan saxta zənglər artır: Özünüzü belə qoruyun
Süni intellektlə hazırlanan deepfake texnologiyası insan səsini və görüntüsünü olduqca real şəkildə təqlid edə bilir. Mütəxəssislər isə belə hallardan qorunmaq üçün ailə üzvlərinin əvvəlcədən xüsusi “parol söz” müəyyən etməsini tövsiyə edir. Sfera.az xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında yaşayan Elizabeth Benz bununla bağlı dəhşətli hadisə yaşayıb. Belə ki, 2025-ci ilin sentyabrında ona zəng edən şəxs özünü 16 yaşlı oğlu Con kimi təqdim edib və ağlayaraq dostunun öldüyünü deyib. Daha sonra
Media17.08.2026 23:20
İyulda onlara hər yerdən pul gələcək
İyul ayı bəziləri üçün tətil deməkdir. Amma bu dörd bürc üçün yay pul gətirir. Astroloqlar iyulda varlanacaq bürcləri açıqlayıblar. Yeni iş imkanları və gözlənilməz gəlirlər yoldadır. Sfera.az iyulun şanslı bürclərinin siyahısını təqdim edir: Bu ayın ən bəxtəvər bürcü Buğadır. Onlar zəhmətinin bəhrəsini mütləq görəcəklər. Maaş artımı və ya bonus gözlənilir. Köhnə borclar da geri qayıda bilər. Buğalar gəlirlərini ağıllı idarə edəcəklər. Balıqlar üçün də maliyyə dirçəlişi başlayır. Daşınmaz əmlak
Maraqlı02.07.2026 18:22













