Gənclər arasında yaddaş pozuntusu artır: Səbəb nədir?

Gənclər arasında yaddaş pozuntusu artır: Səbəb nədir?
Kateqoriya məlum deyil
T

Texnologiyanın sürətli inkişafı həyatı asanlaşdırsa da həddindən artıq rəqəmsal istifadə unudkanlıq və diqqətsizliyi tətikləyir. Mütəxəssislər gənclər arasında sürətlə yayılan "rəqəmsal demensiya" təhlükəsinə qarşı xəbərdarlıq edirlər.

Sfera.az xəbər verir ki, son dövrlərdə yaddaş zəifliyi şikayətlərinin təkcə yaşlılarda deyil, gənclərdə də artdığını bildirən neyrologiya mütəxəssisi dr. Büşra Ər gənclərdə müşahidə olunan unudkanlığın səbəbləri, riskləri və qorunma yollarını açıqlayıb.

"Əvvəllər daha çox yaşlı qrupda rast gəlinən unudkanlıq şikayətlərinə artıq yeniyetməlik dövründə də rast gəlinir. Unutmaq informasiyanı qeyd etməkdə və ya geriyə çağırmaqda yaşanan çətinlik kimi tərif olunur. Yuxu pozuntusu, qeyri-sağlam qidalanma, diqqət əskikliyi və depressiya kimi səbəblərlə yanaşı, rəqəmsal medianın həddindən artıq istifadəsi də bu mənzərəni dərinləşdirir", — deyə həkim qeyd edib.

Alman neyroelsm mütəxəssisi Manfred Şpittserin (Manfred Spitzer) "rəqəmsal demensiya" anlayışına toxunan dr. Büşra Ər xüsusilə gənclərdə artan ekran müddətinin diqqət və hafizə funksiyalarına mənfi təsir göstərdiyini vurğulayıb:

"Davamlı qıcıqlandırıcılara məruz qalmaq, informasiyaya həddən artıq asan əlaqə və mavi işığın yuxu hormonlarını tormozlaması zehni tənbəlliyə yol açır."

Yaşlılarda ən çox rast gəlinən unudkanlıq səbəbinin Altsheymer xəstəliyi olduğunu xatırladan neyroloq cəmiyyətdəki yanlış bir yanaşmaya da diqqət çəkib:

"Ailədə Altsheymer xəstəsinin olması genetik ötürülmə ehtimalını gündəmə gətirsə də irsi Altsheymer hallar bütün xəstələrin 1 faizindən də azını təşkil edir. Bu səbəbdən genetik testlər rutin olaraq tövsiyə edilmir. Unutmaq lazımdır ki, unudkanlıq şikayətlərinin qarşısını almaq mümkündür. Rəqəmsal media istifadəsini məhdudlaşdırmaq, müntəzəm yuxu rejimi, sağlam qidalanma, kitab oxumaq, krossvord həll etmək və hafizə oyunları kimi zehni fəaliyyətlərlə beyni aktiv saxlamaq unudkanlıqla mübarizədə son dərəcə effekti verir."

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR