Süni intellektlə hazırlanan saxta zənglər artır: Özünüzü belə qoruyun

Süni intellektlə hazırlanan saxta zənglər artır: Özünüzü belə qoruyun
Kateqoriya məlum deyil
T

Süni intellektlə hazırlanan deepfake texnologiyası insan səsini və görüntüsünü olduqca real şəkildə təqlid edə bilir. Mütəxəssislər isə belə hallardan qorunmaq üçün ailə üzvlərinin əvvəlcədən xüsusi “parol söz” müəyyən etməsini tövsiyə edir.

Sfera.az xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında yaşayan Elizabeth Benz bununla bağlı dəhşətli hadisə yaşayıb. Belə ki, 2025-ci ilin sentyabrında ona zəng edən şəxs özünü 16 yaşlı oğlu Con kimi təqdim edib və ağlayaraq dostunun öldüyünü deyib. Daha sonra telefonu başqa şəxs götürərək oğlunun həyatını xilas etmək üçün 7 500 dollar tələb edib.

Benz pulu aparmağa hazırlaşarkən oğlunun futbol oyununda olduğunu və heç bir təhlükə yaşamadığını öyrənib. Məlum olub ki, zəngdəki səs süni intellektlə hazırlanmış deepfake olub.

Mütəxəssislər bildirirlər ki, belə vəziyyətlərdə ailə üzvlərinin yalnız özlərinin bildiyi gizli bir söz və ya ifadə müəyyənləşdirməsi vacibdir. Fırıldaqçı insanın səsini təqlid edə bilər, lakin ailə daxilindəki sirri bilməz.

Bununla yanaşı, təcili pul tələb edilməsi, zaman təzyiqi yaradılması və şəxsin başqaları ilə əlaqə saxlamasına mane olunması əsas təhlükə siqnallarıdır.

Mütəxəssislər belə zəng zamanı panikaya düşməməyi, əvvəlcə gizli parolu soruşmağı və hər hansı pul köçürməsindən əvvəl yaxın və etibarlı şəxslə əlaqə saxlamağı tövsiyə edir. Ailə parolunun unudulmaması üçün isə onu vaxtaşırı birlikdə xatırlamaq və praktikada yoxlamaq məsləhətdir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR