Lənkəranda zəhərlənmiş 9 nəfərlik ailə xəstəxanadan imtina etdi - SƏBƏB
Lənkəranda qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən 9 nəfərlik ailənin tibbi yardımdan imtina edib.
Sfera.az xəbər verir ki, onların xəstəxananı tərk etməsinin səbəbi məlum olub.
Məlumata görə, 38 yaşlı Sadiq Niftullayev, həyat yoldaşı, 31 yaşlı Camalə Niftullayeva, eləcə də övladları – 13, 11, 9, 7, 5, 3 və 1 yaşlı 7 uşaq bu gün səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Həkimlər ailəyə zəruri ilkin tibbi yardım göstərmək istəsələr də, ailə bundan imtina edib.
Buna səbəb Sadiq Niftəliyevin həyat yoldaşı və bütün övladlarını eyni palatada yerləşdirilməsini, uşaqlarına göstəriləcək tibbi xidmətlərin onun gözü qarşısında həyata keçirilməsini tələb etməsi olub.
Qeyd edək ki, ailənin müalicə almadan xəstəxananı tərk etməsi ilə bağlı müvafiq akt tərtib edilərək aidiyyəti üzrə göndərilib.
(Teleqraf)






