Göydəniz Qəhrəmanov Milli Məclisdə aviabiletlərlə bağlı məsələni gündəmə gətirdi
“Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə ölkəmizdə turizm sektoru prioritet istiqamətlərdən birinə çevrilib, bu sahənin inkişafı üçün ardıcıl və genişmiqyaslı dövlət siyasəti həyata keçirilir”. Sfera.az xəbər verir ki, bunu millət vəkili Göydəniz Qəhrəmanov Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, dövlət tərəfindən həm paytaxt Bakıda, regionlarda, həm də işğaldan azad olunmuş ərazilərdə müasir turizm infrastrukturunun formalaşdırılması istiqamətində