ABŞ-İran danışıqları ləğv edildi

ABŞ-İran danışıqları ləğv edildi
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında gərginliyi azaltmaq məqsədilə planlaşdırılan növbəti diplomatik təmaslar yenidən dalana dirənib. Tərəflərin İsveçrənin Bürgenstok qəsəbəsində bir araya gəlməsi nəzərdə tutulan mühüm görüşün ləğv edildiyi rəsmən elan olunub.

Sfera.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunub:

“Bürgenstokdakı görüşlər planlaşdırıldığı kimi bu gün baş tutmayacaq. Bu səbəbdən dünən elan edilmiş toplantı ləğv edilib".

Sözügedən qərar Ağ Evin İranla aparılacaq texniki danışıqlara dair hazırlıqların davam etdiyini, lakin ABŞ Vitse-prezidenti Ceyms Dievid Vensin (JD Vance) İsveçrə səfərinin hələlik təxirə salındığını bəyan etməsindən dərhal sonra verilib.

Xatırladaq ki, İran və ABŞ Pakistanın vasitəçiliyi ilə həyata keçirilən danışıqlar çərçivəsində iyunun 14-də müharibənin dayandırılmasını və tərəflər arasındakı problemlərin dialoq yolu ilə həllini nəzərdə tutan 14 maddəlik razılaşma əldə etdiklərini bildiriblər.

"İslamabad Memorandumu" adlandırılan bu sənəd iyunun 18-də İran Prezidenti Məsud Pezeşkiyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal formatda imzalanaraq qüvvəyə minib.

Sənədin imzalanmasından sonra tərəflərin yekun razılığa gəlmək üçün İranın nüvə proqramı və sanksiyaların ləğvi kimi fundamental mövzularda 60 günlük danışıqlar mərhələsinə başlaması gözlənilirdi. Bürgenstok görüşünün qəfil ləğvi isə prosesin gələcəyi ilə bağlı suallar doğurub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ