"Zelenskinin Trampdan gözləntiləri sıfıra enib"

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla bağlı gözləntiləri minimum səviyyəyə enib.
Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Fransada keçirilən G7 sammiti zamanı Tramp həm Ukraynanın ağır vəziyyətinə laqeyd münasibət nümayiş etdirib, həm də müəyyən dəstək mesajları verib.
"Nəticə etibarilə görünür ki, Zelenski Trampla bağlı gözləntilərini sıfıra endirib. Bununla belə, o, vacib nəticələrdən birinə nail olub. Hələlik tam dəqiqləşməsə də, Ukraynanın ABŞ və Avropada istehsal olunan, hazırda çatışmazlığı hiss edilən və ehtiyatları yavaş bərpa olunan zenit-raket kompleksləri və raketlərin lisenziyalı kütləvi istehsalını təşkil edə biləcəyi ehtimalı yaranıb", – deyə materialda qeyd olunub.
Məqalədə bildirilir ki, bu yanaşma ABŞ və Ukrayna arasında münasibətlərin ən praqmatik mərhələsini əks etdirir və Kiyevin hələ də müəyyən üstünlüklərə malik olduğunu göstərir.
Bundan əvvəl Donald Tramp ABŞ raketlərinin Ukrayna ərazisində istehsalı üçün Kiyevə lisenziya verilməsi məsələsinə baxıla biləcəyini açıqlamışdı. Ağ Evin rəhbərinin sözlərinə görə, Ukrayna bu xahişlə Vaşinqtona müraciət edib.
Əzizə Zeynal
Sfera.az
