Zakir Həsənov onları təbrik etdi
Müdafiə naziri general polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Bu barədə Sfera.az -a Müdafiə Nazirliyindən məlumat verilib. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli