Makron: ABŞ Ukrayna məsələsində artıq neytral vasitəçi deyil

Kateqoriya məlum deyil
T
ABŞ ilk dəfə olaraq Ukrayna ilə bağlı müttəfiqlərinin mövqeyini dəstəkləyən sənədə qoşulub. Bunu Fransa prezidenti Emmanuel Makron açıqlayıb.
Sfera.az xəbər verir ki, Makronun sözlərinə görə, sənəddə Vaşinqtonun artıq neytral vasitəçi olmadığı, Ukraynanın ərazi bütövlüyünü, Kiyevə hərbi yardımı, enerji sahəsində dəstəyi və Rusiyaya qarşı sanksiyaları dəstəklədiyi vurğulanır.
“Ukrayna məsələsinə gəlincə, ABŞ ilk dəfə olaraq artıq neytral vasitəçi deyil, bizim tərəfdə olduğunu bəyan edən mətni dəstəklədi. Sənəddə Ukraynanın ərazi bütövlüyünə, hərbi yardıma, enerji sahəsində əməkdaşlığa və Rusiyaya qarşı sanksiyalara dəstək ifadə olunur”, - Makron bildirib. /musavat
