5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

- polkovnik Rəsul Rasim oğlu Əliyevə;

- polkovnik Elçin Rəhim oğlu Abdullayevə;

- polkovnik Azər Əfrayıl oğlu Heybətliyə;

- polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə;

- polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.

PAYLAŞ