Rusiyada prezident seçkiləri: 87,31 faiz səslə öndə olan namizəd kimdir?
Rusiyada protokolların 99,7 faizinin hesablanmasının nəticələrinə görə, Rusiya prezidenti postuna namizəd, hazırkı dövlət başçısı Vladimir Putin 87,31 faiz səslə öndədir. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) öz saytında məlumat yayıb. Son məlumatlara görə, Rusiya Federasiyası Kommunist Partiyasından Nikolay Xaritonov 4,30 faiz səslə ikinci, “Yeni İnsanlar”dan Vladislav Davankov isə 3,83 faiz səslə üçüncü yerdədir. Leonid Slutski 3,21 faiz səslə dördüncü