Rusiyada prezident seçkiləri: 87,31 faiz səslə öndə olan namizəd kimdir?

Rusiyada protokolların 99,7 faizinin hesablanmasının nəticələrinə görə, Rusiya prezidenti postuna namizəd, hazırkı dövlət başçısı Vladimir Putin 87,31 faiz səslə öndədir.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) öz saytında məlumat yayıb.
Son məlumatlara görə, Rusiya Federasiyası Kommunist Partiyasından Nikolay Xaritonov 4,30 faiz səslə ikinci, “Yeni İnsanlar”dan Vladislav Davankov isə 3,83 faiz səslə üçüncü yerdədir. Leonid Slutski 3,21 faiz səslə dördüncü yerdədir.
Mərkəzi Seçki Komissiyası daha əvvəl bildirib ki, bütün bülletenləri emal etdikdən sonra Putin 85,13 faiz səs toplayıb. Paytaxtda ikinci yeri şərti olaraq Vladislav Davankov, üçüncü yeri Nikolay Xaritonov, dördüncü yeri Leonid Slutski tutub.
Kreml rəsmisi Dmitri Peskov seçkilərin ilkin nəticələrini şərh edərkən deyib ki, Vladimir Putin 87 faiz səs toplayıb. Dövlət başçısının mətbuat katibi də “qanunsuz seçki” ilə bağlı bütün ittihamları əsassız adlandırıb və hazırkı prezidentə ən yüksək səviyyədə dəstək göstərildiyini bildirib.
Əzizə Zeynal