"Getməyi düşünürəm..." - Kanadanın Baş naziri istefa verəcək? 

Kanadanın Baş naziri Castin Trüdo işindən şikayət edib. 

 

Sfera.az xəbər verir ki, rəhbəri olduğu Kanada Liberal Partiyası qarşıdan gələn seçkilər öncəsi sorğularda zəif nəticələr əldə edərkən, 52 yaşlı liderdən 2015-ci ildən bəri tutduğu postunu tərk etmək fikrində olub-olmadığı soruşulub.

 

Trüdo gülərək bildirib ki, getməyi hər gün düşünür:

 

"Hər gün getməyi düşünürəm. Gördüyüm iş çılğın işdir, şəxsi fədakarlıq tələb edir. Əlbəttə ki, bu, çox çətindir, bəzən yaxşı deyil. Tanrım, getdiyimiz yol o qədər risklidir ki, dünya demokratları o qədər hücuma məruz qalır ki...".

 

"Radio-Canada"ya danışan Trüdo əlavə edib ki, o, 2025-ci ilin oktyabrında keçiriləcək seçkilərə qədər vəzifəsini davam etdirmək niyyətindədir. 

 

Baş nazirlər üçün müddət məhdudiyyətinin olmadığı Kanadada bu vəzifəyə layiq görülənlər hökumətin etimad səsverməsi aldığı müddətcə öz vəzifələrini davam etdirə bilərlər.Son sorğulara görə, Kanada Mühafizəkarlar Partiyası ictimai dəstək baxımından Trüdonun partiyası olan Liberallar Partiyasından öndədir.

 

Mühafizəkarlar təxminən 10 il əvvəl hakimiyyəti təhvil verdikləri liberalların tətbiq etdiyi karbon vergisindən qurtulmağı, büdcə kəsirini azaltmağı, evsizliyi həll etməyi və cinayət nisbətlərini azaltmağı vəd edirlər.

 

Aprelin 1-də yenidən artırılacaq karbon vergisini müdafiə edən Trüdo son müsahibəsində bütün çağırışlara baxmayaraq, geri addım atmayacaqlarını bildirib:

 

"Bu gün siyasətdə vergilərə və konkret tədbirlərə hücum etmək çox asandır. Mən siyasətə şəxsi məqsədlərim və ya populyar olmaq üçün deyil, cəmiyyətə xeyir vermək üçün gəlmişəm".

 

İnci 
 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...