Azərbaycan Prezidenti və Gürcüstan Baş naziri mətbuata bəyanatlarla ÇIXIŞ ETDİLƏR - FOTO - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər. Sfera.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar. İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, Baş nazir vəzifəsində fəaliyyətinizə başlayandan dərhal sonra Siz Azərbaycana