"Azərbaycanla danışıqların çətin olmasının səbəbi isə..." - NATO rəsmisinin Bakı səfərindən GÖZLƏNTİLƏR

"NATO-nun baş katibi Stoltenberqin Cənubi Qafqaz səfəri sözsüz ki, Rusiya ilə bağlı ümumi mənzərəni dəqiqləşdirmək, o cümlədən NATO-ya üzvlük, Rusiyaya qarşı NATO-nun mümkün addımlarını planlaşdırmaq məqsədi daşıyır".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Cəbhə Partiyasının üzvü, hüquqşünas Vüqar Dadaşov bildirib.

 

"Rusiya-Ukrayna cəbhəsində gərginləşmə, Fransanın Ukraynada müharibəyə qoşulmaq anonsları NATO-nun Cənubi Qafqaz ölkələri ilə vəziyyəti müəyyən etmək və danışıqlar aparmaq zərurəti yaradıb. NATO-nun Gürcüstanla, Ermənistanla danışıqları, razılaşmaların əldə edilməsi, Ermənistan və Gürcüstanın məlum açıq Qərbyönümlü siyasi kursu və Qərbin bu ölkələrə təsiri NATO-nun bu ölkələrlə olan münasibətlərini müəyyən etməkdə böyük rol oynayır”.

 

Hüquqşünas qeyd edib ki, NATO-nun Azərbaycanla danışıqları, razılaşmaları isə çox çətin və mürəkkəbdir.

 

“Əlbəttə ki, Cənubi Qafqazın açar ölkəsi Azərbaycanla razılaşma, bütün Cənub Qafqazın taleyini dəyişə biləcək səviyədə olduğundan, Stoltenberq Cənubi Qafqaz səfərini məhz Azərbaycandan başlayıb. Məhz Azərbaycanla danışıqlardan sonra Ermənistana və Gürcüstana konkret tapşırıqlar müəyyənləşəcək. NATO-nun Azərbaycanla danışıqlarının çətin olmasının səbəbi isə, Azərbaycanın ərazi bütövlüyünün öz hesabına bərpası, güclü ordu və güclü iqtisadiyatı, Avropanın və digər dövlətlərin enerji təhcizatında, təhlükəsizliyində vacib rolu və nəhayət Türkiyə ilə müttəfiqliyidir. Düşünürəm ki, NATO qismində Stoltenberqin Azərbaycanla hər hansı bir əhəmiyyətli siyasi razılaşmanı əldə etməsi mümkün deyil. Həm də, Stoltenberq bu ilin sonu vəzifəsindən getməlidir. Əlbəttə ki, bu faktın özü də müəyyən mənada təsirlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...