Ermənistan və Qazaxıstan XİN başçıları GÖRÜŞDÜ - FOTO

Ermənistan və Qazaxıstan XİN başçıları GÖRÜŞDÜ - FOTO

Ermənistan Cənubi Qafqaz regionunda sülh gündəliyinə sadiqdir.

 

Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qazaxıstanlı həmkarı Murat Nurtleu ilə danışıqlar zamanı deyib.

 

O bildirib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün səylər göstərir.

 

Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın inkişafı, nəqliyyat, logistika və ticari-iqtisadi əlaqələrin inkişafında yeni imkanların açılmasını da müzakirə ediblər.

 

***

 

11:57

 

Ermənistan və Qazaxıstan xarici işlər nazirləri görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Qazaxıstan xarici işlər naziri Murat Nurtleunun İrəvana səfəri çərçivəsində o, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb.


OXŞAR XƏBƏRLƏR