"Zelenski və Yermak hakimiyyəti qəsb edərək cinayət törədirlər" - Medvedev
"Ukrayna Prezidenti Volodimir Zelenski və onun aparatının rəhbəri Andrey Yermak ölkədə hakimiyyəti ələ keçirməklə cinayət törədiblər". Sfera.az xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev deyib. Medvedev xatırladıb ki, Zelenskinin prezidentlik səlahiyyətləri bu il mayın 21-də başa çatıb, lakin o, bilərəkdən və heç bir səbəb olmadan dövlət başçısı vəzifəsini davam etdirir: “Zelenski bu tarixdən də xeyli əvvəl hakimiyyəti qəsb edib, bir