Milli Məclis Prezidentə MÜRACİƏT ETDİ - YENİLƏNİB

“Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar” layihəsi müzakirə olunub.
Sfera.az xəbər verir ki, qərarın mətnini deputat Tahir Rzayev səsləndirib.
Qərar layihəsi səsverməyə çıxarılaraq 105 səslə qəbul edilib.
***
11:35
Növbədənkənar parlament seçkiləri üçün Azərbaycan Respublikasının Prezidentinə Milli Məclis tərəfindən müraciət edilməsi üçün komissiya yaradılıb.
Sfera.az xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
Komissiyanın sədri Adil Əliyev, üzv deputatlar isə Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai olacaq.
Firuzə Əliyeva