“COP-29-un keçirildiyi dövrdə parlamentin tam fəaliyyətdə olması məqsədəuyğundur" - Spiker

“COP-29-un keçirildiyi dövrdə parlamentin tam fəaliyyətdə olması məqsədəuyğundur

“COP-29 konfransının və digər tədbirlərin keçirildiyi dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəuyğunluğu hamıya aydındır”.

 

Sfera.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasda Milli Məclisin sədri Sahibə Qafarova deyib.

 

Sədr bildirib ki, qlobal əhəmiyyətli toplantıların Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına şərait yaradacaq:

 

“Ölkəmizdə həm dünya səviyyəli tədbirlərin, həm də ictimai siyasi əhəmiyyət kəsb edən parlament seçkilərinin keçirilmə vaxtı noyabr ayına təsadüf edir. Bununla birlikdə COP-29 konfransının və digər tədbirlərin keçirildiyi dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəuyğunluğu hamıya aydındır. Milli Məclis yeni çağırışının tam formalaşdırılması ilə normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsinə şərait yaradılacaq. Ölkəmizdə keçirilən tədbirlərlə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunacağı da qaçılmazdır. Həm də seçkilərdə seçicilərin tam iştirakının maneəsiz təşkil olunması da dövlətin əsas vəzifələrindən biridir. Bütün bunları nəzərə alaraq, Milli Məclisdə YAP-ı təmsil edən deputatlar mənə müraciət edib. Onlar növbədənkənar seçkilərin keçirilməsi üçün Prezidentə müraciət edilməsini istəyir".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR