"Növbədənkənar seçkilərin keçirilməsi zəruridir" - Deputat

"Növbədənkənar seçkilərin keçirilməsi zəruridir".


Sfera.az xəbər verir ki, bunu bugünkü iclasda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

 

“Parlament seçkilərinin şəffaf keçirilməsi, vətəndaşların seçki prosesində maneəsiz iştirakının təşkili də dövlətin işdir. COP29 tədbiri dövründə bu prosesdə çətinlik yarana bilərdi. Növbədənkənar parlament seçkiləri növbədənkənar prezident seçkilərindən sonra ikinci mühüm seçkidir. Konstitusiyanın 78-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini müvafiq hesab edirik”,- Əli Hüseynli bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR