Azərbaycan 2 erməni hərbçinin qalıqlarını təhvil verdi - RƏSMİ

Azərbaycan 2 erməni hərbçinin qalıqlarını təhvil verdi - RƏSMİ

Azərbaycan 2 erməni hərbçisinə aid olan meyit qalıqlarını qarşı tərəfə təhvil verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

 

Məlumatda deyilir ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işlərinin nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb. Qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib.

 

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması öz təsdiqi tapıb.

 

Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək 21 iyun 2024-cü il tarixində üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil verib.


OXŞAR XƏBƏRLƏR

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...