Laçın – yenidən doğulan bir Vətən
Azərbaycanın qədim yurd yerlərindən biri Laçın sadəcə coğrafi ərazisinə görə deyil, həm də tarixi, təbii sərvətləri, mədəni irsi və milli yaddaşımızdakı xüsusi yeri ilə seçilən bölgələrimizdəndir. Əsası ötən əsrin əvvəllərində qoyulan Laçın 1923-cü ildə şəhər statusu qazanıb, 1930-cu ildə isə rayon kimi formalaşıb. Kəlbəcər, Şuşa, Xocalı, Xocavənd və Qubadlı ilə qonşu olan, qərbdən Ermənistanla sərhədlənən bu rayon 1835 kvadratkilometrlik ərazisi, zəngin meşələri, geniş yaylaqları və əlverişli