Papa Əminə Ərdoğanı qəbul etdi
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Vatikanda katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı, Roma Papası 14-cü Leo ilə görüşüb. Sfera.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, görüşdə Qəzzadakı vəziyyət, iqlim dəyişikliyinə qarşı mübarizə səyləri, islamofobiya və irqçiliyə qarşı mübarizə, habelə ailənin cəmiyyətdəki varlığının əhəmiyyəti məsələləri müzakirə edilib. Məlumata görə, Əminə Ərdoğan Fələstini rəsmən tanıyan ölkələrin