Rusiya iyul ayında bu əraziləri ələ keçirib
ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib. Bu, son 7 ayda qeydə alınan ən böyük irəliləyişdir. Ən böyük qazanclar Donetsk vilayətində olub – Rusiya artıq bölgənin 75%-nə nəzarət edir. Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Rusiyanın digər cəbhələrdə də irəliləyişləri var. Şərqi Dnepropetrovsk vilayətində 8, Sumı vilayətində isə iyun ayında 130 kv.km ərazi ələ keçirilib.