"Onlar Rusiyada yaşayan azərbaycanlılar üçün təhlükədir"

"Onlar Rusiyada yaşayan azərbaycanlılar üçün təhlükədir"

Son günlərdə Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı miqrantlara qarşı törədilən zorakılıq hadisəsi cəmiyyətdə dərin narahatlıq doğurub. İyunun 27-də baş verən bu cinayət hadisəsi yalnız fərdi bir insident kimi deyil, həm də Rusiya daxilində güclənən şovinist meyillərin təzahürü və Azərbaycan-Rusiya münasibətlərinə kölgə salan ciddi bir siqnal kimi qiymətləndirilir. Hadisə ictimai rezonansa səbəb olmaqla yanaşı, rəsmi Bakıdan da sərt reaksiya doğurub. Diplomatik etiraz notaları, tədbirlərin ləğvi və hüquqi addımlar artıq atılıb.

 

Maraqlıdır, gərgin münasibətlər fonunda Rusiyada yaşayan həmvətənlərimiz üçün risk varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov bildirib ki, Rusiyada son zamanlar yenidən şovinizm hissləri, şovinizm dalğası güclənib:

 

 

“Yekaterinburqda soydaşlarımıza qarşı törədilən cinayət əməli ölkəmizdə çox ciddi ictimai rezonansa səbəb oldu və haqlı olaraq Azərbaycan cəmiyyəti ictimaiyyəti tələb edir ki, bu işdə təşkilatçılar və icraçılar qanunun ən sərt dili ilə cəzalansınlar.  27 iyun tarixində törədilən cinayət birbaşa olaraq azərbaycanlılara qarşı yönəlib, orada digər ehtimalar nəzərdə tutulmayıb. Heç şübhəsiz ki, bu hadisə ikitərəfli strateji müttəfiqlik münasibətlərimizə çox ciddi kölgə saldı, çatlar yaratmış oldu. Azərbaycan dövləti Konstitusiyamızın 12-ci maddəsinə istinad edərək öz vətəndaşlarının və soydaşlarının total şəkildə pozulmuş hüquqlarının müdafiəsinə qalxdı. Xarici İşlər Nazirliyimiz Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilini çağırdı və ona öz kəskin etirazını ifadə etdi. Mədəniyyət Nazirliyi Rusiyadakı bütün tədbirlərini ləğv etdi. Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Rusiyaya səfəri təxirə salındı və eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğunda məlum cinayət hadisəsi ilə bağlı cinayət işi açılıb və bu gün də Baş prokurorluğun əməkdaşları brifinq keçirdilər və hadisənin geniş təfərrüatlarını açıqladılar, ictimaiyyətə ətraflı məlumat verdilər”.

 

Rusiyanın indi Azərbaycanı itirən vaxtıdırmı?

 

Millət vəkili qeyd edib ki, sadəcə baş vermiş bu hadisə onu göstərir ki, Rusiyada qanunun aliliyindən söhbət belə gedə bilməz:

 

“Məhkəmənin qərarı olmadan istənilən şəxsi cinayətkar elan edib, nəinki onu ittiham etmək, hətta öldürmək mümkündür. Doğrudan da, bu, XII əsrdə və özünü Avropa ölkəsi hesab edən Rusiyada baş verir. Moskva Rəsmi Bakı münasibətlərinə düzəlməsi çox çətin, müşkül olan ciddi problemlər yaratmış oldu. Ümumiyyətlə, bu, baş verməməli idi və hadisələrin təhlili onu göstərir ki, bu, Yekaterinburqdakı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bölməsinin işi deyil. Onlar icraçılardır, əmr lap yuxarıdan verilib və çox amansızcasına icra edilib. Bu onu göstərir ki, Rusiyada demokratiya, insan haqları, qanunun aliliyi haqqında danışmaq özü gülüncdür. Hesab edirəm ki, Rusiyada sağlam qüvvələr qalıbsa, onlar ilk növbədə bu sualın cavabını tapmalıdırlar ki, Rusiyanın indi Azərbaycanı itirən vaxtıdırmı?

 

Bütün dünya faktiki müharibə vəziyyətindədir, bütün dünyanın qınaq obyektidir. Belə vəziyyətdə strateji tərəfdaşı, müttəfiqini itirmək Rusiyaya nə dərəcədə lazımdır? Qətiyyən bu ona lazım deyil. Amma görünür ki, şovinizm hissləri Rusiyada sağlam məntiqi üstələyir və onu basıb keçir. Yəni reallıq budur və biz çox istərdik ki, axırda Rusiyada sağlam düşüncə qalib gəlsin. Sağlam düşüncədən çıxış edərək Azərbaycana, soydaşlarımıza qarşı törədilmiş bu cinayət əməlinə hüquqi qiymət verilsin, cinayətkarlar saxlanılsın və qanunun ən sərt dili ilə onlar cəzalandırılsın. Azərbaycana qarşı Rusiya mediasındakı bu dezinformasiya yayımına da son qoyulmalıdır”.


Deputat Yekaternburqda yaşayan soydaşlarımıza mümkün təhlükələrlə bağlı çağırış edib:

 

“Rusiyanın ayrı-ayrı şəhərlərində də istisna deyildir ki, oxşar proseslər yaşansın. Çünki Rusiyanın hüquq mühafizə orqanlarının əməkdaşları özlərinin vəzifələrinə qeyri-adekvat davranış ortaya qoyurlar. Sovet dönəmində “mənim polisim məni qoruyur” kimi məşhur ifadə var idi. Bu ifadəni Rusiyada yaşayan azərbaycanlılar, hətta Rusiya vətəndaşı olan azərbaycanlılar belə deyə bilmirlər. Çünki zərbə elə polisin özündən gəlir. Ona görə tövsiyə edərdik ki, əksinə, mürəkkəb situasiyalarda adətən polisə müraciət edirlərsə, indiki şəraitdə polisə müraciət etməkdən çəkinsinlər. Çünki cinayəti onlar törədir və bu ona oxşayar ki, səndən sənə şikayətim var. İndiki halda bunu etməsinlər. İndi Rusiyada müəyyən şovinist qüvvələr azərbaycanlıların deportasiyasından danışırlar”.

 

E.Nəsirovun sözlərinə görə, Azərbaycanla Rusiya arasında ixracatda problem yaransa uduzan Rusiya olacaq:

 

“Deyirlər ki, Azərbaycandan gələn pomidorları almayacaqlar. Hesab edirəm ki, biz bu reallıqda Mərkəzi Asiya bazarı və Fars körfəzinin region ölkələri ilə bu sahədə əməkdaşlığı daha da inkişaf etdirə bilərik. İlin ilk yarısında  Azərbaycandan Rusiyaya 500 milyon dollarlıq ixrac varsa, təxminən 1.7 -2 milyard dollara yaxın Rusiyadan Azərbaycana ixracat var. İqtisadi əlaqələr kəsilsə, bundan daha çox Rusiya itirmiş olur. Bundan savayı, Azərbaycan öz kənd təsərrüfatı məhsullarının Mərkəzi Asiya və daha dəyərli bazarlardan biri Fars körfəzi ölkələrində satışını təmin edərək daha çox qazanc əldə edə bilər. Bu məsələdə Rusiya itirmiş olacaq”.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...