Kamal Səfərov da həbs edildi

Siyasət
20:03 / 02.07.2025
3099
Yekaterinburqun Leninski Rayon Məhkəməsi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi müstəntiqin vəsatətinə baxaraq Səfərov Kamal Qədimalı oğlunun iyulun 19-u daxil olmaqla, barəsində həbs-qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.