Tramp açıqladı- İsrail-HƏMAS müharibəsi bitir?

Tramp açıqladı- İsrail-HƏMAS müharibəsi bitir?

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail Qəzza zolağında “lazımi şərtlərlə” 60 günlük atəşkəsə razılıq verib. Bu açıqlama bölgədəki gərginliyin azaldılması baxımından mühüm mesaj sayılsa da, tərəflər arasında atəşkəsin reallığa çevrilməsi hələ də sual altındadır.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Tramp son günlərdə Qəzzada atəşkəsin mümkünlüyü ilə bağlı ardıcıl bəyanatlar verir.

 

 

Lakin İsrailin 60 günlük atəşkəsə razı olduğunu deməsi bu mərhələdə konkret detallar ortaya qoymur. Həm İsrail, həm də HƏMAS tərəfindən rəsmi açıqlama verilmədiyi üçün atəşkəslə bağlı şərtlər hələ də məlum deyil.

 

“Əksinə, son günlər İsrailin Qəzzada sıx yaşayış məntəqələrinə hücumlarını artırdığı və çoxsaylı insan tələfatının qeydə alındığı müşahidə olunur. Eyni zamanda ərzaq və su çatışmazlığı bölgədə humanitar böhranı daha da dərinləşdirib”, – deyə Bağırzadə qeyd edib.

 

Politoloqun sözlərinə görə, atəşkəsin şərtlərinin girov və əsir mübadiləsi, eləcə də Qəzzanın gələcək taleyi ilə bağlı olduğu ehtimal edilir. HƏMAS daha öncə İsrail ordusunun Qəzzadan çəkilməsi qarşılığında silahı yerə qoymağa və idarəçilikdən imtina etməyə hazır olduğunu bildirmişdi. Lakin İsrail Qəzzaya nəzarət məsələsində israrlıdır.

 

Y.Bağırzadə onu da vurğulayıb ki, Tramp administrasiyasının hər iki tərəfi razı salacaq yeni təkliflə çıxış edib-etməyəcəyi maraq doğurur.

 

“Sadəcə ABŞ və ya İsrailin atəşkəsə razılığı yetərli deyil. Əsas məsələ bu şərtlərin HƏMAS tərəfindən də qəbul olunmasıdır. Yalnız bu halda müvəqqəti atəşkəs reallaşa bilər”, – deyə o bildirib.

 

Ekspertin fikrincə, əgər İsrail Qəzza zolağından geri çəkilməyə razılıq verərsə, digər şərtlərin razılaşdırılması daha asan ola bilər. Hazırkı mərhələdə isə vəziyyətin hələ də qeyri-müəyyən və gərgin olaraq qaldığı qeyd olunur.


Bəsti Rəfizadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...