Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

Portuqaliyanın Porto şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 32-ci İllik Sessiyası çərçivəsində Baş Komitələr üzrə iclaslar başa çatıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin sədri olduğu İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin “Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunması: ATƏT məkanında yeni reallıqlara cavab” adlı qətnaməsi müvafiq düzəlişlə qəbul olunub.

 

Üç gün davam edən komitə iclaslarında həmçinin müxtəlif məsələlər üzrə 6 əlavə qətnamə layihəsi müzakirə edilərək qəbul edilib.

 

İyulun 2-də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin üzvü Azay Quliyev yekdilliklə yenidən Komitənin sədri vəzifəsinə seçilib.

 

Komitənin sədr müavini vəzifəsinə Ukrayna nümayəndəsi Artur Gerasimov, məruzəçi vəzifəsinə isə Portuqaliya nümayəndəsi Paula Cordoza seçiliblər.

 

Qeyd edək ki, Azay Quliyev bundan əvvəl də ATƏT PA-da müxtəlif vəzifələrə seçilib.

 

Belə ki, deputatımız 2013–2016-cı illərdə Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik üzrə Baş Komitəsinin sədr müavini, 2016–2022-ci illərdə ATƏT PA-nın vitse-prezidenti, 2021–2022-ci illərdə ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi, 2017-ci ildən etibarən İpək Yolu Qrupunun sədri,

 

2022-ci ildən İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin sədri vəzifələrinə seçilib. Bundan başqa Azay Quliyev Monteneqro, Şimali Makedoniya, Qırğızıstan, Albaniya və Özbəkistanda keçirilmiş seçkilərdə ATƏT-in xüsusi koordinatoru və müşahidə missiyalarının rəhbəri olub.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...