Türkiyəli iş adamının biznesi çökdürüldü: Nərimanov Məhkəməsi sabiq məmura niyə qahmar çıxır?
Azərbaycanda bizneslə məşğul olan türkiyəli iş adamı, “Oxenbaku” restoranının sahibi Türkay Kıztaş iflas həddinə çatdırılıb. Sfera.az xəbər verir ki, Yenicag.az-a müraciət edən Kıztaş paytaxt Bakının Səbail rayonu, Əbdülkərim Əlizadə 9 ünvanında müqavilə əsasında məkan kirayəyə götürərək restoran açdığını, lakin 10 il sonra obyekt sahibinin müqaviləyə təktərəfli xitam verərək onu maddi və mənəvi ziyana saldığını bildirib. İş adamının sözlərinə görə, məkan sahibi Mustafayev İbrahim Nurməmməd