BMT Təhlükəsizlik Şurası sərhəddəki vəziyyətlə bağlı hansı sənədi qəbul edəcək? - ŞƏRH

BMT Təhlükəsizlik Şurası sərhəddəki vəziyyətlə bağlı hansı sənədi qəbul edəcək? - ŞƏRH

Fransa Azərbaycan və Ermənistan sərhədində baş verən eskalasiya ilə bağlı BMT Təhlükəsizlik Şurasını toplantıya çağırıb. Qeyd edək ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğundan belə bir hüquqa sahibdir. Təhlükəsizlik Şurasının Fransadan başqa daha 4 daimi üzvü var – bunlar ABŞ, Rusiya, Çin və Böyük Britaniyadır. Adıçəkilən 5 dövlət veto hüququna malikdir.


Bəs bu toplantıda hansı qərar qəbul edilə bilər?


Sfera.az xəbər verir ki, politoloq Fərhad Məmmədov bununla bağlı öz fikirlərini paylaşıb. 


F.Məmmədov hesab edir ki, BMT Təhlükəsizlik Şurası birtərəfli qınama və ya müraciət şəklində qətnamə qəbul edəcək.

 

“Hansı ölkələr və necə səs verəcək?” - sual edən politoloq öz qənaətini açıqlayıb:

“BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Fransa və ABŞ istənilən variantı birmənalı şəkildə dəstəkləyəcək, Çin mütləq imtina edəcək, Rusiya və Böyük Britaniyanın davranışı isə maraqlı olacaq. Rusiya və Böyük Britaniya layihəni apellyasiya şikayəti ilə dəstəkləyə bilər, yaxud qınamaqla qətnamə layihəsində bitərəf qala bilər, Böyük Britaniya isə həm də veto hüququndan istifadə edə bilər. Çünki Böyük Britaniyanın yeni hökumət başçısı Trass nə baş verdiyini yaxşı anlayır”. 


Politoloq xatırladır ki, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri də var və onların da davranışı önəmlidir:

 

“Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri bunlardır: Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ). Bunlardan Hindistan, yəqin ki, Ermənistanı dəstəkləyəcək. Albaniya, Qabon, BƏƏ İslam Əməkdaşlıq Təşkilatının üzvüdürlər. 


Norveç ABŞ-ın qərarına uyğun davranacaq, Meksika və Braziliyanın nə cür qərar qəbul edəcəyi isə sual altındadır. Sonuncu iki ölkə ilə fərdi işləmək lazımdır. 
Bizim 5-7 səsimiz ola bilər.


Hazırkı eskalasiya Qarabağdan bəhs etmədən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yeni qətnaməsinə səbəb ola bilər. Amma sənədin məzmununun nə olacağını biz BMT Təhlükəsizlik Şurasının iclasının nəticələrindən öyrənəcəyik”.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR