Şarl Mişeldən Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə REAKSİYA
Kateqoriya məlum deyil
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təmas halında olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.
O bildirib ki, Jozep Borrel Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaardan gərginliyin qarşısını almaq üçün Bakı və İrəvana səfər etməyi xahiş edib.
“Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Tam və davamlı atəşkəsə ehtiyac var.
Sülh və sabitliyə alternativ yoxdur - bunu təmin etmək üçün diplomatiyaya alternativ yoxdur”, - deyə o qeyd edib.






