Baş Prokurorluqdan Elçin Sadıqovla bağlı AÇIQLAMA: "Öz istəyi ilə..."
Kateqoriya məlum deyil
Bəzi sosial şəbəkə səhifələrində və saytlarda təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Sfera.az-ın xəbərinə görə, bununla əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər - Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.






