“Hansı ölkə icazə verər ki…” – Tofiq Zülfüqarov Ermənistanın son təxribatından danışdı

“Hansı ölkə icazə verər ki…” – Tofiq Zülfüqarov Ermənistanın son təxribatından danışdı

Xəbər verdiyimiz kimi, sentyabrın 12-i, gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Təxribartın qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Ordumuzun şəxsi heyəti arasında itkilər var.

Baş verənlərlə bağlı Sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, ordumuzun təxribata cavabı Ermənistanı sülhə məcburetmə kimi qiymətləndirilə bilər:

 

“Hər kəs bilir ki, Ermənistan son bir neçə ay ərzində 10 noyabr razılaşmasının bəndlərini yerinə yetirməkdən boyun qaçırır. Amma bəndlərin həyata keçirilməsi vacib məsələdir, çünki kapitulyasiya aktında təsdiq olunub ki, tərəflər üzərinə düşəni etməlidir. Razılaşmanın imzalanmasından iki ildən çox vaxt keçib, bu müddət ərzində erməni hərbi birləşmələri ərazilərimizi tərk etməli idilər. Ancaq görürük ki, onlar hələ də ərazilərimizdədirlər. Düzdür, bu məqamla bağlı Rusiya sülhməramlılarının rolunu da qeyd etməliyik, lakin bu, ayrı bir mövzudur. Çünki öhdəlik ermənilərin üzərinə düşür.

 

Ermənilərin digər öhdəliyi isə Zəngəzur dəhlizi ilə bağlıdır. Yenə də söhbətlər gedir ki, guya Zəngəzur dəhliz deyil. Ancaq kapitulyasiya aktında birmənalı olaraq göstərilir ki, Mehri kommunikasiyalarına Rusiya sərhədçiləri nəzarət edir və Laçın dəhlizi də rus sülhməramlılarının nəzarətindədir. Belə olan halda nələrsə uydurmağa və yanlış informasiyalar verməyə ehtiyac yoxdur”.

 

T.Zülfüqarovun qeyd edib ki, Ermənistan köhnə siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədir:

 

“Onların dövlət və qeyri-hökumət qurumları daim fəaliyyətdədirlər ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hansısa əməllər törətsinlər. Bütün bunlara son qoyulmalıdır. Söhbət sülhdən gedirsə, hansı ölkə icazə verər ki, onun ərazisində digər ölkənin siyasi, ya da iqtisadi qurumları fəaliyyət göstərsin? Təbii ki, bu, mümkün olan deyil. Baş verənlərə qiymət verəndə yadımızda saxlamalıyıq ki, dünəndən bəri atdığımız addımlar həm ermənilərin təxribatına cavab, həm də onları bir növ sülhə məcbur etməkdir”.

 

Yeganə

 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...