Logo

Peskov Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən DANIŞDI

Peskov Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması üçün səylərini əsirgəmir”.

Sfera.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Təbii ki, Prezident Putin sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərini əsirgəmir və bu səylər davam edir", - Peskov bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliklə bağlı narahatlığını bildirib.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR